Xalq artisti Roza Cəlilovanın 90 illiyi qeyd ediləcək - Filarmoniyada
Mayın 17-də görkəmli rəqqasə, Xalq artisti, Prezident təqaüdçüsü Roza İsmayıl qızı Cəlilovanın 90 yaşı tamam olur.
13 May 2019 16:16 MədəniyyətMayın 17-də görkəmli rəqqasə, Xalq artisti, Prezident təqaüdçüsü Roza İsmayıl qızı Cəlilovanın 90 yaşı tamam olur.
Olaylar.az bildirir ki, qeyd olunan tarixdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Xalq artisti, Prezident təqaüdçüsü Roza Cəlilovanın 90 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcəkdir. Tədbirdə Azərbaycan Dövlət Rəqs Ansamblı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet artistləri, Bakı Xoreoqrafiya Akademiyası və "Xəzər" Universitetinin tələbələri, İran "Səhər" rəqs kollektivi, habelə "Asiman", "Dəcəl qızlar", "Azəri inciləri" gənc rəqs qrupları çıxış edəcəklər.
Qeyd edək ki, Roza Cəlilova 1959-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2007-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülmüşdür. Prezident təqaüdçüsüdür.