Hürrəm Sultanın 14 gün ömrü qaldı (FOTO)
Hürrəm bədənində meydana gələn çibana bənzər yaralar ucbatından öləcək
17 Aprel 2014 09:48 MədəniyyətDörd mövsümdür reytinq siyahısında zirvədən enməyən "Muhteşem Yüzyıl" serialında dəyişikliklər olacaq.
ANS PRESS-in xəbərinə görə, ölkəmizdə və yaxın şərq ölkələrində izlənmə rekordu qıran Türkiyənin məşhur "Muhteşem Yüzyıl" serialının əsas qəhrəmanlarından olan "Hürrəm Sultan" dünyadan köçür.
Azərbaycanda da geniş tamaşaçı kütləsinə malik olan serialın aprelin 30-da yayımlanması planlaşdırılan 134-cü bölümündəki ölüm səhnəsi üçün xüsui "teaser" yayımlanıb. Həyatı bahasına övladlarından birini taxta keçirməyə çalışan Hürrəm bədənində meydana gələn çibana bənzər yaralar ucbatından öləcək.
Serialda "Hürrəm Sultan" obrazını üç mövsüm Məryəm Üzərli, daha sonra isə Vahidə Perçin canlandırıb.
Qeyd edək ki, tarixi faktlara əsasən, Hürrəm Sultanın 1558-ci il aprelin 18-də vəfat etdiyi bildirilir.