Gənc saz-söz sahibləri layihəsinin icrasına yekun vurulub

Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "Gənc saz-söz sahibləri" layihəsinin icrasına yekun vurulub. Layihə Qazax rayonunda baş tutub.  Tədbirdə layihənin rəhbəri Zahid Rəfibəyli bildirib ki, Azərbaycanda aşıq sənətinin tarixini tədqiqi qarşıya məqsəd qoyulub: "Bu baxımdan xalqın fəlsəfi mədəniyyətinin formalaşmasında əsas rol  və əhəmiyyət kəsb edən söz sənətinin təbliğ edilməsi əsas meyarlardan biridir. Layihənin əsas məqsədi xalqın  milli söz sənətinin  müxtəlifliyinin qorunmasında gənclərin rolunun genişləndirilməsinə nail olmaqdır. Gənclərin bu sahəyə marağının artırılması və gənc aşıqların istedadlarının  üzə  çıxarılmasıdır. Layihə çərçivəsində "Aşıq yaradıcılıq festivalı" keçirilib. Sonda layihənin metodikası yerli QHT-lərə, o cümlədən yerli dövlət strukturlarına həvalə edildi. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31