Bakıda II Beynəlxalq “Univision” Tələbə Mahnı Müsabiqəsi keçiriləcək
16 Aprel 2014 16:13 MədəniyyətGənclər və İdman, Mədəniyyət və Turizm Nazirliklərinin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən reallaşdırılan III "Univiziya" Tələbə Mahnı Müsabiqəsinin yarımfinal mərhələsi başa çatıb. GİN-dən "OLAYLAR"-a bildirilib ki, 22 təhsil müəssisəsinin qatıldığı yarışda 14 ifaçı finala vəsiqə qazanıb. Mədəniyyət, incəsənət xadimləri və musiqiçilərdən ibarət münsiflər heyətinin qərarını açıqlayan Əməkdar Artist Tünzalə Ağayeva və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayilov aprelin 21-də keçiriləcək III "Univiziya" Tələbə Mahnı Müsabiqəsinin finalında birincilik uğrunda mübarizə aparacaq finalçıları elan ediblər.
Qeyd edək ki, qalib mayda Bakıda keçiriləcək II Beynəlxalq "Univision" Tələbə Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edəcək.