Tanınmış opera ifaçısı Oya Ergündən yeni xəbər
16 Aprel 2014 12:38 MədəniyyətAzərbaycanda fəaliyət göstərən Türkiyənin tanınmış opera ifaçısı Oya Ergün dünya şöhrətli ölməz sənətkar Rəşid Behbudovun mahnılarından ibarət hazırladıqı albomun artıq hazır olduqun bildirib.
OLAYLAR-a açıqlama verən Oya xanım bildirib ki, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və Türkiyənin ölkəmizdəki səfirliyinin dəstəyi ilə hazırlanan Rəşid Behbudovun lentə aldığı mahnılar yer aldıqı albom hazırdır artıq: " Azərbaycan Dövlət Filarmoniyasında lentə aldığım ölməz Rəşid Behbudov mahnılardan ibarət yeni albomum artıq haırdır. Bu alboma ürək qoydum hazırladım. İnşallah tez bir zamanda təqdimatın keçirəcəm. Albom hazırlıqlarına böyük məsuliyyət çox gözəl bir komanda, dəyərli musiqiçilərlə çalışdım. İnşallah musiqisevərlər albomdan məmnun qalacaqlar. Biz bu albomun ən səviyəli şəkildə çıxması üçün əlimizdən gələn etdik. Bir Rəşid Behbudov mahnılarda ibarət albom hazırlamaq asanda iş deyil çox böyük məsuliyyətdir".
Qeyd edək ki, albomda Rəşid Behbudovun zamanın ifa etdiyi 12 mahnı yer alacaqdır. Oya Ergün albomu Azərbaycanda və Türkiyədə təqdimat keçirəcək.