Milli mətbəx mədəniyyəti haqqında qanun layihəsi hazırlanıb

Milli Məclisin mədəniyyət məsələləri komitəsində milli mətbəx mədəniyyəti ilə bağlı qanun layihəsi hazırlanıb. "OLAYLAR"-ın xəbərinə görə, bu barədə məlumatı yap.org.az saytına adıçəkilən komitənin üzvü, millət vəkili Leyla Abdullayeva verib. Bildirib ki, bu ilk belə layihədir: "Mədəniyyət komitəsinin üzvləri bu layihəni mübət qarşıladılar və indi bu layihə Milli Məclis Aparatındadır". Millət vəkilinin sözlərinə görə,  Azərbaycan mədəniyyəti haqqında danışarkən Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi qeyd etmək lazımdır: "Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinin himayədarıdır. Azərbaycan mədəniyyətinin qorunması və dünyada tanıdılması istiqamətində Heydər Əliyev Fondu, onun prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlər ölçüyə gəlməzdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31