Bülənt Ərsoydan işçilərinə 50 minlik alış-veriş
15 Aprel 2014 20:13 MədəniyyətTürkiyənin divası Bülənt Ərsoy işçilərinə jest edib. Axşam.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, müğənni yanında çalışanlar üçün alış-verişə çıxıb. O, 50 min lirə (25 min dollar) ödəyərək ətir alıb, işçilərinə paylayıb. B.Ərsoyun ətir hədiyyə etdikləri arasında sevgilisi Berk Yılmaz və onun qardaşı Burak da olub. O, alış-veriş zamanı özü üçün heç nə almadığını, ətirlərini Parisdən özəl gətizdirdiyini bildirib. Diva qiyməti 3 min lirə olan ətirinin adını yaxınlarından belə gizli saxlayır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31