Merlin Monronun sırğası 185 min dollara satıldı

Aktrisanın sırğası rekord qiymətə satılıb

20-ci əsrin ən məşhur kino ulduzlarından, seks simvollarından ve pop ikonlarından biri hesab edilən aktrisanın sırğası rekord qiymətə satılıb.

36 yaşında dünyasını dəyişmiş amerikalı kinoaktrisa Merlin Manronun "The Rose Tattoo" filminin təqdimat mərasimində taxdığı sırğa 185 min dollara satılıb.

Los Ancelesdəki Culien hərrac evi tərəfindən verilən açıqlamada, Monronun Tennessi Uilliams ləqəbilə tanınan Tomas Lanier Uilliamsın pyesi əsasında çəkilən 1955-ci il istehsalı filmin təqdimat mərasimində taxdığı almaz sırğaları xaricdə yaşayan birinin aldığı bildirilib.

Hərrac nümayəndələri sırğanı 185 min dollara satın alan həmin adamın adını açıqlamayıb. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31