Tanınmış rəqqas Tahir Eynullayev Beynəlxalq Rəqs Gününə hazırlaşır
14 Aprel 2014 19:27 Mədəniyyət29 aprel Beynəlxalq Rəqs Günü münasibətilə məşhur rəqqas, Respublika İncəsənət Gimnaziyasının xoreoqrafiya şöbəsinin müdiri Tahir Eynullayevin rəhbərliyi və təşkilarçılığı ilə mohtəşəm bayram tədbiri keçiriləcək. T.Eynullayevin "Olaylar" İA-ya verdiyi məlumata görə, həmin gün Azərbaycanda ilk dəfə olaraq uşaqlardan ibarət rəqs-müzikl janrında Tofiq Quliyevin mahnılarından ibarət tamaşa nümayiş etdiriləcək. Rəqs-müzikl "Bizim kəndimiz" adlanır. Tamaşanın rejissoru Tahir Eynullayevdir. Rəqslərin quruluşu T.Eynullayevə, L.İsmayılovaya, S.İsmayılovaya, Q.Əliməmmədovaya, J.Məmmədovaya, N.Korobrovaya məxsusdu. Qeyd edək ki, bu Tahir Eynullayevin artıq ikinci layihəsidir. İlk layihə çərçivəsində məşhur pianoçu Əzizə Mustafazadənin bəstələrindən ibarət caz, folklor, klassik üslubda klass-konsert hazırlanmışdı ("OLAYLAR").