Günay Musayeva: "Artıq küçəyə çıxa bilmirəm"
"Yanımdan keçən erkək milçəklə belə münasibətdə olduğumu yazacaqsınız"
14 Aprel 2014 20:25 MədəniyyətTürkiyədə yaşayıb, fəaliyyət göstərən azərbaycanlı model Günay Musayevanı əsəbləşdiriblər. ANS PRESS-in məlumatına görə, son zamanlar qatıldığı gecə gəzintiləri ilə medianın hədəfinə çevrilən modeli bu dəfə də jurnalistlər özündən çıxarıb. Günay sosial şəbəkə vasitəsi ilə onların ünvanına sərt fikirlər səsləndirib. O haqqında yanlış informasiya yayılmasından təngə gəldiyini vurğulayıb:
"Bu günə qədər cavab vermədim, ciddi qəbul etmədim. Haraya qədər olacaq? Bəsdirin! Əl çəkin artıq, yanlış, uydurma, çirkin başlıqlarla xəbərlər yazmayın. Rahat buraxın məni. Media işçiləri, nə çox üstümə gəlirsiz? Artıq normal dostlarımla belə küçəyə çıxa bilmirəm. Bu qaralama kampaniyası nədir? Hələ də bitmədi? Rəfiqələrimlə çıxıram, az qala yanımdan keçən erkək milçəyi belə xəbərə çevirirsiniz, onunla münasibətdə olduğumu yazacaqsınız. Bu ölkədə küçəyə çıxmağın bu qədər şişirdilməsini başa düşə bilmirəm".
Xatırladaq ki, modelin həyat yoldaşı aktyor Tolqa Karel hal-hazırda "Survivor" yarışmasında iştirak edir. Bir müddət öncə Türkiyə mediası Günayın həyat yoldaşının yanında olmamağından istifadə edərək qızlar və oğlanlarla gecə klublarında istirahət etdiyini bildirərək məqalələr dərc ediblər.