Gənclər klassikləri “diriltdi”

Yenisey Bilik Evi ilk kitab layihəsini oxuculara təqdim edib. "Dirilik nədir?" adlanan  kitabda Azərbaycan ədəbiyyatında və tarixində önəmli yer tutan 13 müəllifin (Həsən  bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Əli bəy Hüseynzadə, Cəlil Məmmədquluzadə, Əhməd  bəy Ağaoğlu, Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Ömər Faiq  Nemanzadə, Hüseyn Cavid, Məhəmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyov, Yusif  Vəzir Çəmənzəminli, Cəfər Cabbarlı) məqalə, felyeton və hekayələri toplanıb.  19 aprel saat 15:00-da "İçərişəhər - Bookhouse & Cafe"-də (Asəf Zeynallı küçəsi 16.  Meridian otelin yaxınlığı) isə kitabın təqdimatı və satışı olacaq.  Kitabın ön sözü Dilqəm Əhmədə aiddir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31