Hüseyn Cavid yaradıcılığı ABŞ-da tədqiq olunur

Hüseyn Cavid yaradıcılığı ABŞ-ın Amherst Massaçusets Universitetində tədqiq olunur. Universitetin professoru Audrey L.Altstadt H.Cavid yaradıcılığının tədqiqi ilə uzun müddətdir ki məşğul olur. Onun beynəlxalq "Journal of Language and Literature"-nin (Dil və Ədəbiyyat jurnalı) 2014-cü ilin fevralında çapdan çıxan 5-ci cildinin 1-ci sayında "Hüseyn Cavid və Azərbaycan Yazıçılar Birliyi" adlı məqaləsi də çap olunub.

Qeyd edək ki, Audrey L.Altstadt H.Cavidin 130 illik yubileyi münasibətilə 2012-ci ildə AMEA Hüseyn Cavidin Ev Muzeyi tərəfindən keçirilən "Hüseyn Cavid yaradıcılığı çağdaş təfəkkür işığında" adlı beynəlxalq elmi konfransda Azərbaycan dilində məruzə ilə çıxış edib. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31