Modelin əri xanımını öldürtmək üçün 80 min ödədi

Məşhur model Monika Olsen barədə şok açıqlamalar ortaya çıxıb.  Model 22 yaşında ərinə aşiq olduqdan sonra karyerasını bir kənara atıb ailə həyatı qurub. O hətta bu addımı atmaq üçün Manhattandan Los-Ancelese belə köçüb. Elə nələr olubsa bundan sonra olub. 2 qız övladları dünyaya gələn cütlüyün irəliləyən illərdə münasibəti pozuldu. Modellik həyatına öyrəşən Monika bu biznesdən uzaq düşməyi özünə qəbul etdirə bilməyib. Zəngin və tanınan bir iş adamı olan Dino Quqlimelli həyat yoldaşının yenidən karyeraya qayıtmaq istəyinə qarşı çıxdı. Hal-hazırda 32 yaşı olan model ailə həyatından qabaq ən çox alt paltarlarının reklamlarına çəkilirdi.

Nəticə də isə həyat yoldaşının qadağalarına boyun əyməyən M. Olsen vətəninə dönüb karyerasına yenidən başlayıb. 52 yaşlı həyat yoldaşı onu təkrar alt geyimi çəkilişlərində görüb dəli oldu. Bundan sonra isə imkanlı həyat yoldaşı ilə bağlı şok iddia ortaya çıxdı. Deyilənlərə görə, milyonçu Monikanı öldürtmək üçün qatil tutaraq ona 80 min dollar pul ödəyib. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31