Selena Qomez anasını qovdu

Tanınmış müğənni Selena Qomez anası və atalığını işdən qovub.  Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bir müddət əvvəl psixoloji müalicə alan 21 yaşlı müğənni, onun menecerliyini edən anası ilə atalığını işdən azad edib. 

Keçən ay baş vermiş ailədaxili münaqişə zamanı "Bu evdə pulu kim qazanır" deyərək valideynlərinin üstünə qışqıran Selena daha sonra onlarla birlikdə işləməkdən imtina edib. 

Selenanın Castin Biberle münasibətindən narazı olan valideynləri, qovulmaqlarına baxmayaraq yenə də bir ailə olduqlarını və  həmişə  qızlarına dəstək verəcəklərini söyləyiblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31