Cennifer toyuna 20 nəfər dəvət edəcək

Məşhur Hollivud aktrisası Cennifer Eniston və sevgilisi Castin Teru nikah masasına oturacaqlar.  Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, cütlük toyunu Meksikada etməyi düşünsə də, artıq fikrindən daşınıb və özəl gecəni Havay adalarında qeyd etmək niyyətindədirlər. Artıq gecəyə dəvət olunacaq qonaqlar da müəyyənləşib. Təəccüblüsü isə odur ki, Cennifer və Castin özəl mərasimə cəmi 20 nəfər dəvət edəcəklər. Amma cütlüyün ailə quracağı tarix açıqlanmır. Buna səbəb onların mediadan gizli mərasim etməyə çalışmasıdır.  Xatırladaq ki, daha öncə məşhur Hollivud akyoru Bred Pittlə evli olan Eniston 2012-ci ildə Castin Teru ilə nişanlanıb. Dəfələrlə sevgililərin ayrıldığı söylənilsə də, onlar hər dəfə bu xəbəri təkzib ediblər. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31