Flora Kərimova: “Mənim kimi sənətkara belə münasibət yaraşmaz”

“Konsert vermək istəyirəm...”

Bu sözləri "OLAYLAR"a açıqlamasında Xalq Artisti Flora Kərimova vurğulayıb. Bakıda konsert vermək istədiyini, lakin bu istəyinin baş tutmadığını söyləyən xalq artisti səbəbin maddiyat olmadığını deyir: "Bakıda nə vaxtdır ki, konsert vermək istəyirəm. Ancaq bu ürəyə sahib olanlar yoxdur...Konsert verməməyimin səbəbi maddiyat deyil. Müğənninin maddi problemləri olmamalıdı. Əgər müğənni konserti öz pulu ilə yola verirsə o zaman onun bir qəpiklik də qiyməti yoxdu. Müğənni üçün konsert təşkil etməli, qonorarı verməlidilər. Konsert təşkil edirlər, müğənni özünü öldürərək saatlarla səhnədə olur. Sonda qonorar pulu təşkilatçıların cibinə gedir. Müğənniyə isə heç nə qalmır. Mənim kimi sənətkara belə münasibət yaraşmaz". Flora Kərimova Rövşən Civişovla Hollandiya səfərindən də söz açıb: "Hollandiyaya səfərə hazırlaşırıq. Ayın 13-də Rövşən Civişovla Rotterdamda konsertimiz baş tutacaq. Səfər çərçivəsində klip çəkdirməyi də düşünürük. Bakıya qayıtdıqda isə yeni mahnılar üzərində işləyəcəyəm".

Səhnəmizin sevimlisi səhhətinin yaxşı olduğunu deyir: "Səhhətim də yaxşıdı, darıxmayın. Hər şey qaydasındadı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31