Nicat Kazımov seriala çəkilir

Aktyor erməni obrazını canlandıracaq

Aktyor-rejissor Nicat Kazımov "Əli və Nino" əsəri əsasında hazırlanan seriala dəvət alıb. Bu haqda aktyor "OLAYLAR"a eksklüziv açıqlamasında deyib: "Rejissor Elvin tərəfindən heyətə aktyor kimi dəvət almışam. Baş rollardan birini, Naxararyan obrazını canlandıracağam. Bu ayın sonlarından etibarən çəkilişlərə start verilməlidi".

Rejissor hazırda gördüyü işlər haqda da məlumat verib: "Hazırda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Kölgə tamaşasının məşqləri davam edir. Tamaşa üzərində işləyirik. Bundan başqa rejissoru olduğum Tarixin Canlı Səhifələri üzərində də çalışıram". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31