Castin Biber sərxoş Selenaya əsəbiləşdi - FOTO

Amerikalı müğənni Castin Biber tez-tez küsüb-barışdığı sevgilisi Selena Gomezlə Mayamidə fotokameraların obyektivinə düşüb. 

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, müğənniliyə fasilə verdiyini deyərək fanatlarını məyus edən Biber yeni albom hazırlayır. Yeniyetmə qızların sevimlisi buna görə neçə vaxtdı, Mayamidəki səsyazma studiyasından bayıra çıxmırdı. Amma gecəyarısı sərxoş halda sevgilisinə qonaq gələn  Selena Qomez onun planlarına mane olub. Fotolarda Selenanın ayaqüstə güclə dayandığı, bu vəziyyətin Castini əsəbləşdirdiyi aydın görünür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31