Nejat İşlərin səhhəti ilə bağlı yeni xəbər
10 Aprel 2014 21:05 MədəniyyətYanvarın 17-də orqan çatışmazlığı və ağır sətəlcəm diaqnozu ilə xəstəxanaya yatırılmış aktyor Nejati İşlərin səhhətində ciddi irəliləyiş var. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təxminən, 3 aydır xəstəxanada müalicə alan məşhur türk aktyoru uzun müddətdən sonra ayağa qalxıb. Yardımçı tibb bacısı ilə birlikdə xəstəxananın dəhlizində iri addımlarla yeriyən Nejatın sağlam göründüyü deyilir. Dünən mediada yayılmış şəkildə isə Nejat İşlərin bir əlinin qara rəngli parça ilə sarıqlı olduğu diqqət çəkib. Nejat İşlər xəstəxanadan çıxandan sonra Bodrumdakı evinə gedəcək. Aktyor, orda bir müddət istirahət etdikdən sonra yeni həyata başlayacağını deyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31