Fərdi Tayfurun vəziyyəti pisləşir

2011-ci ildə üz iflici keçirən Türkiyənin tanınmış sənətçisi Fərdi Tayfurun indi də nitqində problem yaranıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 3 il bundan əvvəl iflic olan sənətçiyə həkimlər bu vəziyyətin müvəqqəti olduğunu desələr də, F.Tayfurun vəziyyəti daha da pisləşib. Müğənni artıq danışmağa çətinlik çəkir. 

Fərdi Tayfur bu problemi aradan qaldırmaq üçün nitq terapiyasına başlayıb. 

Bir müddətdir ki, evdən çölə çıxmayan sənətçiyə 36 illik həyat yoldaşı Zəliha Bayburt qulluq edir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31