Xuraman Şuşalının anası vəfat etdi
10 Aprel 2014 13:51 MədəniyyətAzərbaycanlı müğənni Xuraman Şuşalının ailəsində ağır itki baş verib. İfaçının anası Gülbəs xanım dünyasını dəyişib. İfaçının anasının Ağcabədi rayonunda dəfn ediləcəyi bildirilib. Bundan əlavə olaraq 3 gün Ağcabədi rayonunda yas mərasimi keçiriləcək.
Mərhumənin 7 mərasimi isə Bakıda təşkil olunacaq.
Xatırladaq ki, bir müddət öncə X. Şuşalı anasının xərçəng xəstəsi olduğunu bildirmişdi: "Anam bir dəfə əməliyyat olunub. Ad günümdə halı çox pisləşmişdi. Həyatımda ən ağır günü keçirdim. Şükür ki, Allah anamı məndən ayırmadı, yenidən bizə bağışladı"-deyərək fikrini bildirmişdi. Çox təssüflər olsun ki, bu dəfə ifaçının anası vəfat etdi. ans
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31