Hüseyn Dəryanı müdafiə edən prodüsserə hücum edildi

Mərhum reper Hüseyn Dəryanın yaxın dostlarından olan prodüsser Sayqa Cahid hücuma məruz qalıb. Gecə saatlarında evinə gələn prodüser bu haqda Facebook profilində yazıb. Qorxudan hələ də özünə gələ bilmədiyini deyən prodüser naməlum şəxs tərəfindən hücuma məruz qalaraq pilləkəndən yıxıldığını qeyd edib. Onun sözlərinə görə, həmin şəxsin əlində qaz balonu da olub. Yaxınlıqdan keçən polis maşını Sayqa Cahidin köməyinə gələrək hücum edən şəxsi yaxalayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31