Hürrəm Sultan hansı seriyada öləcək?
9 Aprel 2014 20:31 Mədəniyyətİyun ayında tamaşaçılarla vidalaşmağa hazırlaşan "Möhtəşəm yüz il"də Hürrəm Sultanın hansı seriyada öləcəyi məlum olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hürrəm Sultan aprelin 30-da yayımlanacaq seriyada öləcək və Hürrəm rolunu oynayan aktrisa Vahidə Gördüm serialdan çıxacaq. Qeyd edək ki, çərşənbə axşamı nümayiş olunmuş seriya, Hürrəm Sultanın bədənində çıxan yaralarla yadda qalıb. Hürrəmin bədənindəki yaraları müayinə edən həkimlər onun ölümcül xəstəliyə tutulduğunu deyirlər. Beləliklə, Hürrəmin sonu yaxınlaşır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31