Yunan rejissoru Akademik Milli Dram Teatrinda tamaşa hazırlayır
9 Aprel 2014 17:19 MədəniyyətYunan rejissoru Teodoros Terzopulos Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovun dəvəti ilə Bakıya gəlib. Əldə olunan razılığa görə cari ilin sonunadək rejissor teatrın səhnəsində Sofoklun "Antiqona" faciəsini səhnələşdirəcək. Rejissorun Bakıya son səfəri çərçivəsində tamaşaya qoyulacaq tamaşanın müzakirələri də olub. Terzopulos iki günlük gərgin qrafikli səfəri zamanı Akademik Milli Dram Teatrında gənc rejissor, aktyor və teatrşünaslarla da görüşüb, gəncləri maraqlandıran sualları cavablandırıb. Qeyd edək ki, Teodoros Terzopulos Berliner Ansamblda Rut Berqhauz, Benno Benson, Hayner Müllerin rəhbərliyi altında çalışıb. 1981-1983-cü illərdə Şimali Yunanıstan Dövlət Teatrının Dram məktəbinin rəhbəri olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31