Yaşar Cəlilov ölkəni tərk etdi
Müğənninin sirri var
9 Aprel 2014 15:35 MədəniyyətPopulyar müğənni Yaşar Cəlilov Türkiyəyə gedib. Səfərdən məqsəd onun yeni mahnısının aranjıman işləri ilə bağlıdır. Bu barədə açıqlama verən Y.Cəlilov mahnı haqqında məlumat vermədi: " Mahmının adı və müəlliflərinin adlarını hələlik sirr saxlayırıq. Mahnı yaxın vaxtlarda təqdim olunacaq, son tamamlanma işləri gedir".
İfaçı yeni mahnısının 2014-cü ildə çıxacaq sayca 3-cü albomuna daxil edəcəyini dedi. Müğənni səfərindən dönəndən sonra bu barədə daha ətraflı məlumat verəcəyini də əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31