Cenniferin üzü nə hala qaldı? - FOTO
8 Aprel 2014 21:04 MədəniyyətHollivudun cazibədar aktrisalarından biri - Cennifer Eniston yeni rolu üçün gözəlliyini qurban verib. Axşam.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, saçlarını tündləşdirib, qrimin köməyilə üzünə dərin çapıqlar saldırmış aktrisa tanınmaz hala düşüb.
45 yaşlı aktrisa, rejissor Danel Barnzın "Keks" filminin çəkilişlərinə hazırlaşır. Bu dəfə Cennifer, ölümcül qəzadan xilas olmuş ana obrazını canlandıracaq. Filmdə aktrisanın tərəf müqabilləri Anna Kendrik və Britt Robertson olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31