Con Ernst Steynbek hekayə yazmağın sirli formulunu açıqlayır
26 Fevral 2014 19:56 Mədəniyyət"İstedad təkbaşına bir yazıçı yarada bilməz. Hər kitabın arxasında mütləq bir insan olmalıdır" - Emerson deyirdi. Onun da uğurunun arxasında bir sirr var təbii ki. Dünya ədəbiyyatında "Bitməyən mübarizə", "Siçanlar və insanlar", "Cənnətin doğuşu", "Qəzəb üzümləri", "Həyat gəmisi", "Mirvari", "Unudulmuş əyalət" kimi nəhəng əsərlər müəllifi kimi iz qoyan Kaliforniyalı yazıçı Steynbekin ədəbi fəaliyyəti Pulitzer (1940) və Nobel (1962) mükafatları ilə dəyərləndirilib. Hər kitabı ilə geniş müzakirələr silsiləsi başladan yazıçının qələmindən çıxan ən dəyərli nümunələrdən biri də 1962-ci ildə (60 yaşında ölümünə 6 il qalmış) ədəbiyyata yeni addım atanlar - yeni başlayan yazarlar üçün qələmə aldığı məktubdur.
Stanforddakı hekayə yazmaq kurslarına qoşulmağımdan nə qədər uzun bir zaman keçsə də, o zamankı təcrübələrimi yaxşı xatırlayıram. Gözlərim parlayırdı, möhtəşəm bir hekayə yazmağın gizli formulunu öyrənmək üçün özümü hazırlamışdım. Bu yanılma çox qısa çəkdi. Çünki orda mənə deyilənə görə, əla bir hekayə yazmağın bircə yolu var idi - əla hekayə yazmaq.
Hekayənin necə ərsəyə gəlməsi prosesi xaricində, bir hekayənin nə qədər yaxşı yazıldığını ancaq bitirdikdən sonra anlamaq olardı. Orda bizə deyirdilər ki, hekayə yazmaq ən çətin işdir və fikirlərini də ədəbiyyat çox az sayda "əla hekayə"nin olması ilə isbatlamağa çalışırdılar.
Kursda bizə öyrədilən ilk şərt çox bəsit idi: təsirli bir hekayə yazıçıdan oxucuya bir şeylər çatdırmalı və bu çatdırılanların çoxluğu bir növ hekayənin "əla" olmasının etalonu idi. Əslində elə öyrədilən yeganə qayda bu idi. Bundan başqa bir qayda yox idi. Bir hekayə təsirli olduğu halda, istənilən mövzuda ola bilər, istənilən yazı texnikası ya da məna tutumu o qədər də vacib sayılmır. Bu qaydanın bir də yarımbaşlığı var idi - yazıçı nə demək istədiyini, yəni nə haqqında danışmaq istədiyini bilməlidir. Yəni məsələn, hekayənin məğzini bir cümlə ilə ifadə etmək mümkünkən, onu 3-6 ya da 10 min kəlmə ilə ifadə edəcək qədər genişləndirə bilmək.
Hekayə yazmağın onlarda olan gizli formulu budur. Bundan artığı yox idi və biz yazmaq yolunda artıq tək idik. Bəzi pis hekayələrin içinə düşməliydik. Əgər mükəmməlliyin bütün sirlərini kəşf etməyi umsaydım, cəhdlərimə verilən qiymətlər mənə həqiqətin necə olduğunu göstərərdi. Və əgər haqsız yerə tənqid olunduğumu hiss etsəydim, illərlə redaktorların fikri məndən yox, müəllimlərimdən tərəf olardı. Məktəb illərində yazdığım hekayələr verilən aşağı qiymətlər nəşriyyatların dəfələrlə rədd etdiyi hekayələrimdə əksini tapdı.
Bu, adil görünmürdü. Yaxşı bir hekayə oxuya bilirdim, hətta onun necə yazıldığını da bilirdim. Bəs niyə elə bir hekayə yaza bilmirdim?! Bəlkə də iki hekayə bir-birinə bənzəməyə cəsarət etmədiyi üçün oxuduğu gözəl bir hekayə əsla yazdığım hekayəyə bənzəmirdi. İllər keçdikcə bir çox mükəmməl hekayə yazdım, amma şansımı sınayaraq yazdığım və mükəmməl alınan bu hekayələrin necə yazıldığını hələ də bilmirəm.
Bəlkə hekayə yazmağın sehrli bir formulu var, hətta mən də bu formulun varlığına inansam da, heç kim bunu nəsildən-nəslə ötürüləcək bir resept formasında təqdim edə bilməz. Formul, sadəcə yazıçının vacib bildiyi şeyləri oxucuya ötürmə qabiliyyətində, cəhdində gizlidir. Əgər yazıçıda bu qabiliyyət varsa, onu ötürməyin bir yolunu tapacaq. Çünki əslində pis dediyimiz hekayə bizə heç nə verməyən, təsirsiz hekayədir.
Yazandan sonra bir hekayəni dəyərləndirmək çox çətin deyil. Amma nədənsə illər keçsə də, bir hekayəyə başlamaq məni ölüm fikri qədər qorxudur. "Qorxmuram" - deyə bilən yazıçı xoşbəxtdir, amma bəsit və əla bi hekayə müəllifi olmaqdan çox uzaq olduğunun fərqində deyil.
Mənə verilən tövsiyələr bütün dünyanın yazıçısı olmağa çalışdığını düşündüyüm zamanlarda idi. Mənə verilən məsləhət: "Yaxşı bir hekayə yazmaq və yaxşı bir yazar olmaq çox uzun vaxt aparacaq və bəlkə də heç pul qazana bilməyəcəksən. Avropaya getmək sənin üçün daha yaxşı ola bilər". "Niyə?" - deyə, soruşdum. Müəllimim "Çünki Avropada kasıblıq şanssızlıqdır, amma Amerikada kasıblıq utancverici bir şeydir. Kasıblıq utancına dözüb-dözməyəcəyini bilmirəm".
Onda hamı kasıb idi və bunda elə də utancverici bir şey yox idi. Kasıblıqla necə mübarizə apardım, bunu da heç vaxt bilməyəcəm. Amma müəllimim bir şeydə haqlı idi. Yazıçı olmaq çox uzun vaxt aldı. Hələ də almağa davam edir. Və yazar olmaq əsla bundan daha asan ola bilməz. Mənə belə olduğunu demişdilər". azadinform