Ölümlə mübarizə aparan müğənnidən xəbər var

Türkiyənin məşhur müğənni və bəstəkarlarından olan Kayahan xərçəng xəstəliyi ilə mübarizə aparır. Ölümcül mərəzə indiyədək iki dəfə qalib gələn, daha doğrusu, xəstəliyin orqanizmdə yayılmasının qarşısını ala bilən Kayahan indi kimya terapiyası kursu keçir. AHT bildirir ki, məşhur sənətçinin dediyinə görə, nikbindir və müalicəsi də normal keçir. "Özümə fikir verirəm, nikbinəm. Dostlar sağ olsunlar - məni bu günlərimdə tək qoymurlar. Narahat olan sevənlərimə çox yaxşı olduğumu söyləmək istəyirəm", - Kayahan deyib. milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31