Məşhur Hollivud ulduzu vəfat etdi

Tanınmış Hollivud ulduzu Şirli Templ 85 yaşında dünyasını dəyişib. Bu barədə BBC məlumat yayıb. Templ 1928-ci ildə dünyaya gəlmişdi. 1934-cü ildə ən gənc "Oskar" mükafatı laureatı olub. Həmin dövrdə canlandırdığı uşaq obrazlarına görə Hollivudun ən çox tələbat olan aktrisalarından idi. Aktrisa karyerasını başa vurduqdan sonra siyasi fəaliyyətlə məşğul olurdu. O, ABŞ-ın bəzi ölkələrdə səfiri kimi çalışıb.  milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31