Sumqayıt Dövlət Musiqili Dram Teatrı əsgərlər üçün layihə hazırlayıb
11 Fevral 2014 16:08 MədəniyyətSumqayıt Dövlət Musiqili Dram Teatrı tamaşaçı kütləsini artırmaq üçün yeni layihələr həyata keçirir. Rəhbərlik bu
dəfə hərbi hissələrlə danışıqlar apararaq əsgərlərdə vətənpərvərlik ruhunu daha da artırmaq üçün teatrın ecazkar guşəsindən istifadə etməyi qərara alıb.Bu layihə əsgərlərin asudə vaxtlarını səmərəli keçrilməsi baxımından, həm də onların dünyagörüşlərinin, eləcə zövqlərinin formalaşması baxımından çox önəmlidir.Qeyd edək ki, hərbi hissənin əsgərləri teatrda səhənləşdirilən bir neçə tamaşanı izləyib. Layihə çərçivəsində "Ən yaxşı əsgər-tamaşaçı" mükafatı veriləcək. .
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31