Bibiheybət qəsəbə Mədəniyyət Evinin əsaslı təmirdən sonra açılışı olacaq

Fevralın 12-də, saat 16:00-da Bibiheybət qəsəbə Mədəniyyət Evinin əsaslı təmirdən sonra açılışı olacaq.  Səbail rayonu, Bibiheybət qəsəbə Mədəniyyət Evi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "2011-2013-cü illər üzrə Bakı şəhərinin və qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramı" çərçivəsində 2012-ci ildə əsaslı təmirə dayandırılıb. Ümumi sahəsi 358,87 kv.m olan binanın bir hissəsində 50 nəfərlik zal və 4 otaqdan ibarət olmaqla Mədəniyyət Evi, digər hissəsində isə 2 otaq olmaqla Səbail rayon MKS-in 4 saylı filialı (Bibiheybət qəsəbə Kütləvi Kitabaxanası) fəaliyyət göstərir. Hazırda kitabxana 27387 nüsxə kitab fonduna, 1783 nəfər oxucu sayına, 15790 nüsxə kitab verilişinə malikdir. Kitabxanada oxuculara xidmət şöbəsi fəaliyyət göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31