Madonna, Rihanna, Elton John və Lətifə Soyuöz

Maraqlı layihələri ilə daim tamaşaçılarını təəccübləndirən vokal ifaçısı Lətifə Soyuöz yeniliklər etməyə davam edir. Lətifənin verdiyi məlumata görə,  ifaçı yeni mahnı yazdırıb. Mahnının bəstəsi Günel Sərdarqızına aranjmanı isə Yaşar Baxışa məxsusdur. Müğənninin yeni layihəsi iki fərqli musiqi janrını özündə cəmləşdirib: "Əslində mən rok və opera ifaçısıyam. Bu iki janrı sintez etməyi çox sevirəm. Yeni mahnımda rok da var. Ancaq ikinci janrı hələ açıqlamayacağam. Bir onu deyə bilərəm ki, bu, mənim özüm üçün də yenilik və dəyişiklik oldu. Düşünürəm ki, dinləyicilərim üçün də bu, əsl sürpriz olacaq. Mahnını sevə-sevə ifa etdim və anladım ki, uzun müddətdir gözlədiyim ritmlər məhz bu musiqidə birləşib". Lətifə mahnının daha bir özəlliyindən də söz açıb. İfaçı iddia edir ki, sözügedən musiqi İngiltərənin ən nəhəng musiqi şirkətində hazırlanır: "Londonda yerləşən bu şirkətdə Madonna, Rihanna, Elton John kimi dünya ulduzlarının mahnıları yazılır və dünya arenasına buraxılır. Yüz faiz xit olacağına əmin olduğum mahnının Londondan gəlməsini gözləyirəm". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31