Şaiq Vəlinin kitabı çap olunub
11 Fevral 2014 12:10 MədəniyyətAzərbaycanın tanınmış şairi, ötən il fevralın 6-da dünyasını dəyişən Şaiq Vəlinin "Eşq və şərab" adlı şerlər kitabı "Elm və təhsil" nəşriyyatında işıq üzü görüb. "Avrasiya Press" nəşriyyatında hazırlanan kitabın naşiri Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, redaktoru isə İbrahim İlyaslıdır. Kitaba şairin təsəvvüfi obraz və simvollarla süslənmiş xalq şeirimizin klassik formalarını modern bir biçimdə özündə əks etdirən şeirəri daxil edilmişdir. Kitaba ön söz yazan Umud Rəhimoğlu şairin yaradıcılığını belə dəyərləndirib:
"Sənin Azərbaycan poeziyasında fəth etdiyin Şaiq Vəli zirvəsi ən uca, ən nəhəng zirvələrdən biridir. Bunu bilənlər bilir. Bunu bilməyənlərə də bunu bilənlərlə əlahəzrət zaman və sənin bu kitabın zamana-zaman bildirəcək". Yaxın günlərdə kitabın təqdimatı olacaq.
Şaiq Vəli 1950-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində doğulub. 1993-cü ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun poeziya fakültəsini bitirib. 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. 1983-cü ildə "Dünyanın sahili" adlı ilk şeirlər kitabı nəşr olunub. OLAYLAR