Hürrəm geri qayıdır!

“Muhteşem yüzyıl”ın sinema filmində Hürrəm sultan rolunu oynamaq üçün kameraların önünə keçəcək

Məryəm Üzərli Türkiyəyə, "Muhteşem Yüzyıl"a qayıdır. Türkiyə mətbuatının verdiyi məlumata görə, məşhur aktrisa serialın sinema filmi olaraq çəkiləcək final hissəsində rol alacaq. "Muhteşem yüzyıl" bu il izləyiciləri ilə vidalaşacaq. Serialın final hissəsi "Asmalı konak" da olduğu kimi sinema filmi olaraq çəkiləcək. Filmin sürprizi isə Məryəm Üzərli olacaq. Ayrıldığı sevgilisi Can Ateşdən hamilə olan və indi hamiləliyinin doqquzuncu ayında olan Üzərli, yaxın günlərdə uşağını dünyaya gətirəcək. Aktrisa uşağını dünyaya gətirdikdən sonra Türkiyəyə qayıdacaq və "Muhteşem yüzyıl"ın sinema filmində Hürrəm sultan rolunu oynamaq üçün kameraların önünə keçəcək. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31