Gənc müğənni Afaq Aslan konsertə hazırlaşır
10 Fevral 2014 15:25 MədəniyyətGənc müğənni Afaq Aslan prodüser Sultan Mustafayevlə iş birliyinə başlayıb: "Sultan söz verib ki, yaradıcılığımdakı işlərimin daha da yaxşı olmasına kömək edəcək. Mən onun gücünə inanıram. Əminəm ki, bundan sonra yaxşı işlərə imza atacayıq". Müğənni ilə prodüserin ilk layihəsi də artıq hazırdır. Tərəflər xarici ölkələrdə konsert proqramı hazırlayıb. Belə ki, Sultan martın 22-si Almaniyanın Hannover şəhərində, martın 23-cü isə Niderland Krallığında milli bayramımız olan Novruza həsr olunan konsert proqramı təşkil edib. Afaq Aslan isə orada çıxış edəcək: "Bir çox həmkarlarım da məhz Sultanın təşkil etdiyi konsert proqramında səhnəyə çıxacaqlar. Bayram konsertində həmvətənlərimizin qarşısına çıxış edəcəyık". Onu da bildirək ki, aparıcı Mehriban Xanlarovanın idarə edəcəyi konsert proqramında Afaqla yanaşı əməkdar artistlər Nüşabə Ələsgərli, Zöhrə Abdullayeva, Aygün Bəylər, meyxanaçı Vüqar, Samirə və digər ifaçılar çıxış edəcək.
Onu da xatırladaq ki, Sultan Mustafayev uzun illərdir məhz "Avropa prodüseri" ləqəbi ilə də tanınır.