Kənanla Bereni jurnalistlər xilas etdi
10 Fevral 2014 13:44 MədəniyyətBu yaxınlarda Avstraliyada konsert verən müğənni Kənan Doğulu vətənə qayıdar-qayıtmaz sevgilisi Beren Saatla əyləncə məkanlarının birində görüşüb. Səhərədək əylənən cütlük jurnalistlərin nəzərinə tuş gəlməmək üçün restoranı arxa qapıdan tərk etməli olublar. Jurnalistlərdən xilas olmağa çalışan cütlüyün qarşısını bir dilənçi kəsərək onlara qorxunc dəqiqələr yaşadıb. Kənan Doğulunun qolundan yapışan şəxs ondan pul tələb edib. Nə baş verdiyini anlamayan müğənnini düşdüyü durumdan jurnalistlər xilas edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31