Nizami Cəfərovun komitəsi 63 ərizə, şikayət və müraciətə baxıb
7 Fevral 2014 16:57 MədəniyyətAzərbaycan Respublikası Milli Məclisinin mədəniyyət komitəsinin iclası keçirilib. İclasda komitə sədri Nizami Cəfərov 2013-cü il payız sessiyası dövründə görülən işlər barədə məlumat verib.
N.Cəfərov qeyd edib ki, hesabat dövründə komitənin iki iclası keçirilib: "Bu müddətdə komitədə vətəndaşlardan daxil olmuş 63 ərizə, şikayət və müraciətə baxılıb. "Yaradıcı şəxslər və yaradıcılıq ittifaqları haqqında", "Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında", "Kulinariya mədəniyyəti haqqında", "Azərbaycan aşıq sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" qanun layihələri ilə bağlı işlər davam etdirilir. Şəxs adları və soyadları ilə bağlı yeni qanunvericiliyin yaradılması, yaxud da mövcud hüquqi sənədlərə əlavə və dəyişikliklər edilməsi istiqamətində də müzakirələr aparılır". azadinform