Madonnanı 1 gecəyə arıqladan pəhriz

Pop ulduz Madonnanın hələ də gənc qız kimi gözəl bədən fiqurasına sahib olmasının səbəbi hamını maraqlandırır. Ailəm.az-ın məlumatına görə Madonnanı formada saxlayan "qurd adam" pəhrizidir. "Qurd adam" pəhrizi Madonna və Demi Murun yararlandığı pəhriz olaraq gündəmə gəlib. Bəs bu pəhrizə necə əməl edilir və sağlamlığıa bir ziyanı varmı? Bütöv ay pəhrizi kimi tanınan "qurd adam" pəhrizində əsas məqsəd gün ərzində yalnızca su və meyvə suyu qəbul etməklə 3 kq arıqlamaqdır. Ayın hərəkətlərinə uyğun aparılan pəhriz yeni ay görünəndə, ya da ay səmada tam şəkildə görünəndə saxlanılır.
Bu pəhrizdə sadəcə su və meyvə suyu qəbul etməklə vücuddan su və toksin itkisi ola bilər. Ancaq itirdiyiniz həqiqi çəki olmayacaq. Qadınların vücud ağırlığının ortalama 50-60, kişilərin isə 55-65 faizini su təşkil edir. Bir neçə günlük pəhriz saxlamaqla hər dəfə çəkinizin azaldığını görməyiniz sizi aldatmasın, çünki itirdiyiniz artıq yağlar deyil, vücuddakı sudur. Bu isə sizə zərərli ola bilər. 
Sağlam şəkildə arıqlamaq üçün düzgün qidalanma, idman, normal yuxu və gündə 1.5 -2 litrə yaxın su içmək lazımdır. Məlumatınız olmadan məşhurların gördüyü ya internetdən öyrəndikləriniz pəhrizlərə riayət etməklə sağlığınızda ciddi fəsadlara yol aça bilərsiniz. Buna görə mütləq mütəxəssis məsləhətini nəzərə alıb, sağlam şəkildə arıqlamağa çalışmalısız.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31