Kino və seriallarla bağlı yeni qanun hazırlanır
7 Fevral 2014 13:31 MədəniyyətAzərbaycanda kino və seriallarla bağlı yeni qanun layihəsi hazırlanır. Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Nizami Cəfərov bildirib ki, bu, "Kinematoqrafiya haqqında" qanun layihəsidir. O qeyd edib ki, yeni qanunu parlament Mədəniyyət və Turizm Nazirliyi ilə birgə hazırlayır.
Yeni layihədə kinoların və serialların çəkilməsi, keyfiyyəti, təbliğat rolu və s. barədə xeyli yeni müddəalar var. apa
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31