Selena Qomez gizli müalicə edilir
İddiaya görə, Selena ağır dəri xəstəliyi olan “lupus”a yoluxub
7 Fevral 2014 19:03 MədəniyyətMuğənni Selena Qomezin gizlicə müalicə olunması haqqında xəbərlər yayılıb. Pop ifaçı yanvarda reabilitasiya mərkəzinə gedərək iki həftə orada qalıb. Qomezin bu qərarı Avstraliya turuna çıxmalı olduğu zaman verdiyi bildirilir.
Muğənninin özünü pis hiss etməsinə ayrıldığı sevgilisi Castin Biberlə bağlı qalmaqallarının səbəb olduğu iddia olunur. Digər iddiaya görə, Selena ağır dəri xəstəliyi olan "lupus"a yoluxub. Bu xəsətlik dəri, böyrək, ürək və ağciyər səthindəki iltihabla başlayır. İfaçının Asiya və Avstraliya turlarını bu səbəbdən təxirə saldığı güman olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31