Dünyanın ən gözəl qadını qorxunc gündə
Dünya şöhrətli sənətçi təhlükəli həddə arıqlayıb
7 Fevral 2014 19:58 MədəniyyətHollivud ulduzu,dünyanın ən gözəl qadınlarından biri olan Ancelina Coli gün keçdikcə sevənlərini daha da çox məyus edir. Dünya şöhrətli sənətçi təhlükəli həddə arıqlayıb. Sevgilisi və övladlarının atası olan məşhur aktyor Bred Pitt ilə birlikdə Avstraliyaya yollanan Coli onu görənləri şoka salıb. "Unbroken" filminin qala gecəsinə qatılan aktrisanın sadəcə 42 kiloqram ağırlığında olduğu məlum olub. 1.69 sm boyu olan Ancelina əslində ən azı 55 kiloqram olmalıydı. Qeyd edək ki, Colinin anoreksiya xəstəliyindən əziyyət çəkdiyi barədə şayiələr gəzir. Ötən il isə döş xərçəngi təhlükəsindən qorunmaq üçün aktrisa hər iki süd vəzisini amputasiya etdirmişdi. Ölkə dietoloqları belə sənətçinin bu vəziyyətini görüb şoka düşüblər. Onların fikrincə, Ancelinan bu həddə qədər arıqlaması çox təhlükəlidir. Lakin Colinin nümayəndələri isə xəstəlik barədə deyilənləri təkzib edib. Onlar bəyan ediblər ki, onun arıqlaması çox işləməsi, hətta, bəzən qidalanmağı da unutması ilə bağlıdır. Ancelina Coli son vaxtlar gün ərzində yalnız bir ovuc fındıq və bir neçə quru meyvə ilə qidalanır. ans