Kıvanç Tatlıtuğ: "Sayənizdə hər xəstəliyə tutulmuşam"
Məşhur aktyor səhhəti ilə bağlı açıqlama verib
7 Fevral 2014 19:30 MədəniyyətTürkiyəli məşhur aktyor Kıvanç Tatlıtuğun səhhətində ciddi problemlər yarandığı barədə xəbər vermişdik. Türkiyə mətbuatının verdiyi məlumata görə, aktyorluqla yanaşı modellik edən gənc bəy yayılan xəbərlərlə bağlı açıqlama verib. Kıvanç mediadan oxuduğu xəbərlərə üzüldüyünü bildirib və iddiaların həqiqətəuyğun olmadığını deyib: "Belə xəbərlər məni və ailəmi məyus edir. Bir nəfərin özündən uydurduğu məlumatı bütün media qurumları dəqiqləşdirmədən yayımlayır. Hətta orada qeyd olunan xəstəliklə bağlı həkimin fikirlərini də öyrənib yazırlar. Sizin sayənizdə hər cür xəstəliyə tutulmuşam. Hətta sosial şəbəkələrdə bir neçə dəfə "öldüyüm" də olub. Təəssüf! Artıq bu işlərə son verməyinizi xahiş edirəm. Bu mesajımı mənimlə bağlı yanlış xəbərlər yazan bütün saytlar və qəzetlər yayımlasın".
Qeyd edək ki, K. Tatlıtuğun istirahət etmədən film çəkilişlərində olan Kıvançın yuxusuzluqdan əziyyət çəkdiyi məlum olub. Həkim müayinəsindən keçən sənətçinin qaraciyərində təhlükə yarandığı aşkarlanması və buna səbəb olaraq Kıvançın çox miqdarda ət və proteindən istifadə etməsi barədə xəbərlər yayılıb. ans