Ülviyyə Alovlu DJ oldu
7 Fevral 2014 12:00 MədəniyyətBir çox qabiliyyətləri ilə məşhur şairə-jurnalist Ülviyyə Alovlu indi də DJ oldu. Belə ki, bundan belə hər həftənin Cümə günü Ülviyyə saat 16:00-dan 18:00-a dək Space Radiosunun efirində olacaq. Ülviyyə Alovlu bu iki saatı məşhur Dj - Gülnar Muradova ilə "Qırmızı onluq" verilişini aparacaq.
Ölkənin ən reytinqli, əyləncəli, qalmaqallı musiqi onluğu olan "Qırmızı onluğ"un bugünkü qonaqları "Bu şəhərdə"nin sakinləri Rəfael və Coşqun olacaq. OLAYLAR
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31