Bu ölkələrə üç il ərzində müsabiqənin translyasiyasında iştirak etmələrinə qadağa qoyulacaq

"Eurovision" beynəlxalq musiqi yarışmasının təşkilatçıları səs vermədə dəyişikliklər ediblər. Onlar bildiriblər ki, əgər səs vermə və ya səsvermədən sonra səslərin hesablanmasında qeyri-dəqiqliklər aşkar edilsə bu vaxta qədər olunan cəzalar daha da gücləndiriləcək. Bu barədə Avropa yayımlama ittifaqının (EBU) mətbuat xidmətindən xəbər verilib. Yeni qaydalar haqqında "Eurovision-2013" finalında telesəsvermə prosesi bitdikdən sonra elan edilib. Qaydaların dahada ciddiləşməsinə səbəb olaraq EBU nümayəndələrinin nəticələri dəyişmək cəhdlərini aşkar etdikdən halları göstərilir. Buna baxmayaraq hərçənd məsləhətçi qrup səsverməni dəyişmək istəyənlər barədə sübutlar tapa bilməyiblər. 2014-cü ildən etibarən müsabiqənin televiziya partnyorları qeyri-dəqiqliklər aşkar olunsa məsuliyyət daşıyacaqlar.

EBU bəyanatında bildirib ki, səslərin hesablanmasında hansı ölkədə səhvlər buraxılsa ola bilsin ki, bundan sonra 3 il ərzində müsabiqənin translyasiyasında iştirak etmələrinə qadağa qoyulacaq. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31