Kəmalə Rəhimli ilə ilk olaraq “OLAYLAR” əlaqə saxladı

Bir müddət öncə səhhətində yaranan problemlərlə əlaqədar olaraq Mərkəzi Neftçilər Xəstəxanasına yatırılan müğənni Kəmalə Rəhimli evə qayıtdıqdan sonra "OLAYLAR"a danışıb: "Artıq xəstəxanadan çıxmışam. 14 gündür ki, xəstəxanada idim. Göstərilən diqqət və qayğıya görə Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi Leyla Seyidbəyliyə təşəkkürümü bildirirəm. Sağ olsun Azərbaycanın gözəl xanımları. "Ümid Var" proqramının yaradıcı heyətinə, Zaur Baxşəliyeva, ANS TV-yə, millət vəkili Qənirə Paşayevaya təşəkkürümü bildirirəm. Qənirə xanım mənim üçün xalqımızın gənc anasıdı. Belə bir gündə bütün Azərbaycan xalqı mənim arxamda idi. Bu məni ancaq sevindirə bilər. Hər yerdən mənə zənglər daxil olurdu. Deməli istək var da. Çox yüksək ruhla evə qayıtmışam. Hər kəsə minnətdarlığımı bildirirəm".  Müğənni gözündə problem olduğunu deyir: "Məni həm şəkər, həm də qan təzyiqi diaqnozu ilə müalicə elədilər. Göz əməliyyatı hələ ki qalıb. Şəkər olduğum üçün ciddi götür-qoy edib bir qərar alacağıq. Gözümdə qlaukoma var. Şöbə müdiri professor Ədalət Abdullayev, şəkər həkimi Aytən xanıma, bütünlüklə Mərkəzi Neftçilər Xəstəxanasına minnətdarlığımı bildirirəm". Xəstəxanadan çıxdıqdan sonra ilk olaraq onunla biz əlaqə saxladığımız üçün Kəmalə Rəhimli "OLAYLAR"a da xüsusi təşəkkürünü bildirib: " "OLAYLAR"a da xüsusi minnətdarlığımı bildirirəm. Ona görə ki, xəstəxanadan qayıtdıqdan sonra ilk olaraq siz mənimlə əlaqə saxladınız. Sizə can sağlığı, sağlam ömür arzulayıram. Can sağlığı gözəl şeydi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31