Əli Mirəliyev: “Səhnəni alaq otlardan təmizləmək lazımdı”
“İnsanlar həyasızlaşıb, hamısı ekrana çıxmaq istəyir”
6 Fevral 2014 14:41 Mədəniyyət" "Yan-yanadı, Can-canadı" o qədər belə mahnılar var ki.Neyləyək? Millət bu gündədir də. Hər kəs Üzeyir Hacıbəyov olub mahnı yazmaq istəyir. Şairin sözü olar, sözünün mənası olar". Bu sözləri "OLAYLAR"a açıqlamasında Əli Mirəliyev deyib. Əcaib adda işıq üzü gprən mahnılardan söz açan müğənni mövcud vəziyyətdən gileylənir: "Hər yerindən duranın mahnı, ya şeir yazması artıq demokratiya yox, anarxiyadı. Hər kəs öz işini görməlidi. Bu gün insanlar həyasızlaşıb, hamısı ekrana çıxmaq istəyir. Hər gün əcaib adda olan yeni mahnılar çıxır. Bunun qarşısını təcili olaraq almaq, səhnəni alaq otlardan təmizləmək lazımdı. Amma bu işlə məşğul olan yoxdu. Buna görə də hər kəs ağzına gələni oxuyur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31