Fatimə Azərbaycan məşhurlarını bir araya gətirir - FOTO

Azərbaycanın tanınmış rəqqasəsi Fatimə Fətəliyeva yeni layihəsində şou-biznesin tanınmış simalarını bir araya gətirəcək. Bu barədə "OLAYLAR"az-a açıqlama verən rəqqasə bildirib ki, yeni proyekti Azərbaycanda ilk dəfə keçirilir: "Haqqında danışdığım layihədə Azərbaycanın ən tanınmış simaları məşhur Hind filmindən olan səhnəni canlandıraraq, mənimlə birgə rəqs edəcəklər. Bir az da dəqiqləşdirsək, bu məşhur Hind aktyoru Şahrux Xanın rol aldığı bir filmdəki rəqs səhnəsini olacaq. Layihəni isə Türkiyənin tanınmış rejissoru Barış ekranlaşdıracaq. Hazırda onun özü də Bakıdadır. Layihədə yer alacaq 15 tanınmış simanı rejissorla birgə mən müəyyənləşdirmişəm. Bir ilə yaxındır üzərində işlər gedən bu layihənin növbəti çəkiliş hissəsi yaxın müddətdə başlanır. Proyekt çox fərqli olacaq. Ekran işi hazır olduqdan sonra, paytaxt məkanlarının birində möhtəşəm təqdimat mərasimi olacaq". Daha sonra Fatimə bəzi həmkarlarını ultimatum da göndərib: "İndi qulağıma yeni-yeni məlumatlar gəlib çatır. Eşidirəm ki, bəzi həmkarlarım mənim bu etdiyim layihəni təkrarlayaraq, tanınmış simaları bir araya yığır. Bu sadəcə gülüncdür. Azərbaycanda ilk dəfə bir proyekt üçün tanınmış simaları bir araya yığan rəqqasə mənəm. Bu rəqqasə Fatiməyə məxsusdur. Əgər kimlərsə bunu təkrarlamaq istəyirsə, bunun bir adı var. Oğurluq! Başa düşə bilmirəm. Nə vaxta qədər mənim tökdüklərimi yığacaqlar? Əgər tökdüyümü yığanlar, mənim də əsəblərimin bir həddi var. Bu günə qədər susdum, düşünməsinlər ki, yenə susacam". Qeyd edək ki, əsas rolları rəqqasə Fatimə ilə müğənni Ramal İsrafilovun canlandırdığı proyektdə Könül Kərimova, Nadir Qafarzadə, Nanə Ağamaliyeva, Roza Zərgərli, Rafel-Coşqun, Elnur Məmmədli(idmaçı), Günay İbrahimli, Ay Zaur, Tolik, Sevda Yahyayeva, Almaz Ələsgərli, Rəqsanə İsmayılova, Xəyyam Nisanov, Namiq Qaraçuxurlu və başqaları rol alacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31