Şakira və Rihannadan sonra daha 1 duet

Məşhur müğənnilər Şakira və Rihannanın uğurlu duetindən sonra daha iki tanınmış ifaçı Birtni Spirs və Ledi Qaqa birgə mahnı hazırlayır.  Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə onlar Britni Spirsin konsertində qərara gəliblər. Gecədə Qaqa tamaşaçı qismində iştirak edib. Şou zamanı Ledi Qaqa Britniyə gül dəstəsi göndərib, Spirs isə öpüşlə ona cavab verib. 
Xatırladaq ki, Britni daha öncə Ledi Qaqayla duet oxumaq istədiyini söyləmişdi: "Düşünürəm ki, bu, çox maraqlı olacaq. O, çox fərqlidir. Bir aktrisa kimi də mənim çox xoşuma gəlir". Cütlüyün duetinin nə zaman hazır olacağı hələ ki, məlum deyil. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31