Nejat İşlər yeriməyə başladı
6 Fevral 2014 19:56 Mədəniyyət20 gündür reanimasiyada olan türkiyəli aktyor Nejat İşlerin səhhəti yaxşılaşır. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, keçən həftə danışmağa başlayan aktyor artıq yeriyə bilir. Sənətçi hər gün həkimlərin müşayiəti ilə 15 dəqiqə gəzir. Bu zaman Nejatın paparatsilərin hədəfinə düşməməsi üçün mühafizə tədbirləri görülür. Qeyd edək ki, N. İşlər 3 həftə əvvəl ağciyər infeksiyası və nəfəs çatışmazlığına bağlı olaraq septik şok keçirərək Bodrumda xəstəxanaya yatırılmışdı. Bir həftə sonra aktyor İstanbula köçürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31