Kıvanç Tatlıtuğdan pərəstişkarlarını üzən xəbər

Aktyor rejiminə diqqət etməzsə, qaraciyərində sirroz yaranacaq

Türkiyəli aktyor və model kimi fəaliyyət göstərənn Kıvanç Tatlıtuğdan pərəstişkarlarını üzəcək xəbər var. Türkiyə mətbuatının verdiyi məlumata görə, sənətçinin səhhətində problem yaranıb. İstirahət etmədən film çəkilişlərində olan Kıvançın yuxusuzluqdan əziyyət çəkdiyi məlum olub. Aktuyor bu problemdən əziyyət çəkdiyinə xəstəxanaya getməli olub. Orada isə həkim müayinəsindən keçən sənətçinin qaraciyərində təhlükə yarandığı aşkarlanıb. Buna səbəb olaraq Kıvançın çox miqdarda ət və proteindən istifadə etməsi göstərilib.
Qeyd edək ki, Kıvanç ötən il "Kelebeyin rüyası" filminə görə 18 kiloqram arıqlayaraq izləyicilərin qarşısına çıxmışdı. K. Tatlıtuğ daha sonra filmin çəkilişləri bitdikdən sonra keçmiş formasını bərpa etmək üçün rejimini dəyişib. Kilolarını geri qaytarmaq üçün idmanla məşqul olub, qırmızı ət və kaloriyalı məhsullardan istifadə edib.  Hal-hazırda isə aktyor həkimlərin tövsiyəsi ilə aktyor dərhal müalicəyə başlayıb. K. Tatlıtuğ rejiminə diqqət etməzsə, qaraciyərində sirroz yarana bilər.  ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31